Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Almaniyanın Zvikau Tətbiqi Elmlər Universitetinin professorlarının səfəri uğurla davam edir.

Qərbi Kaspi Universitetində Almaniyanın Zvikau Tətbiqi Elmlər Universitetinin professorlarının səfəri uğurla davam edir.

Səfər çərçivəsində alman professorlar Universitetin müxtəlif məktəb və fakültələrində görüşlər keçirib, akademik heyət, tələbələr və tədqiqatçılarla fikir mübadiləsi aparıblar.

Qonaqlar universitetin tədris mühiti, elmi-tədqiqat fəaliyyəti, laboratoriyaları və innovativ mərkəzləri ilə yaxından tanış olublar. Hər bir fakültədə keçirilən görüşlərdə tərəflər gələcək əməkdaşlıq imkanlarını, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili məsələlərini müzakirə ediblər.

Professorlar, həmçinin, öz universitetlərinin fəaliyyət istiqamətləri, tətbiqi elmlərdə yeniliklər və Almaniyada təhsil imkanları barədə təqdimatlar edərək, tələbələrin suallarını cavablandırıblar. Onlar Qərbi Kaspi Universitetinin dinamik inkişafını, müasir tədris bazasını və beynəlxalq əlaqələrə verdiyi önəmi yüksək qiymətləndiriblər.

Səfər  zamanı qonaqlar universitetin rəhbərliyi ilə görüşərək əməkdaşlığın daha da genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması və birgə seminarların təşkili barədə ilkin razılıqlar əldə ediblər.

Bu səfər iki universitet arasında mövcud olan əlaqələrin möhkəmlənməsi, elmi və akademik sahədə yeni imkanların açılması baxımından mühüm əhəmiyyət daşıyır.