Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə həsr olunmuş tədbir keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə həsr olunmuş tədbir keçirilib

30 oktyabr 2026-cı il tarixində Qərbi Kaspi Universitetində Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin proqramı çərçivəsində “Azərbaycan dövlət müstəqilliyinin təmin olunmasında dahi  Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitet rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

İnteraktiv formatda keçirilən tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda tələbələr çıxışçılara suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.