Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində “Menecmentin Əsasları” proqramı üzrə xüsusi kurs təşkil olunacaq

Qərbi Kaspi Universitetində “Menecmentin Əsasları” proqramı üzrə xüsusi kurs təşkil olunacaq

Qərbi Kaspi Universitetində “Menecmentin Əsasları” proqramı üzrə xüsusi kurs təşkil olunacaq

Qərbi Kaspi Universitetində “Menecmentin Əsasları” proqramı çərçivəsində xüsusi tədris kursu təşkil olunacaq. Bu kurs tələbələrə müasir idarəetmə nəzəriyyələri və praktik yanaşmalar haqqında əhatəli biliklər təqdim etmək məqsədi daşıyır.Kursun tədrisi Belorusiya Dövlət İqtisad Universitetinin professoru, menecment sahəsində zəngin elmi və pedaqoji təcrübəyə malik olan Rudkovskaya Olqa Gennadiyavna tərəfindən aparılacaq. Professor Rudkovskaya beynəlxalq səviyyədə tanınan mütəxəssis olmaqla yanaşı, müxtəlif ölkələrdə menecment üzrə tədris proqramlarının müəllifi kimi də fəaliyyət göstərmişdir.

Tədris kursu çərçivəsində tələbələr aşağıdakı əsas mövzuları mənimsəyəcəklər:

  • Menecmentin nəzəri əsasları və inkişaf mərhələləri
  • İdarəetmə funksiyaları və tətbiq sahələri
  • Strateji və operativ idarəetmə üsulları
  • Komanda quruculuğu və liderlik prinsipləri
  • Müasir təşkilatlarda qərarvermə mexanizmləri

Kurs akademik tədris proqramının bir hissəsi olmaqla, həm nəzəri biliklərin, həm də real nümunələr üzərində təhlillərin inteqrasiyasını təmin edəcək. Bu, tələbələrə menecment sahəsində dərin və sistemli yanaşma formalaşdırmağa imkan verəcək.