Qərbi Kaspi Universitetində yaz imtahan sessiyası davam edir.
Qərbi Kaspi Universitetində 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası uğurla davam edir. Sessiya tədris planına uyğun olaraq iyunun sonunadək davam edəcək.
Hazırda bakalavriat və magistratura pillələri üzrə təhsil alan tələbələr bilik və bacarıqlarını imtahanlarda nümayiş etdirirlər.
İmtahanların obyektiv və şəffaf keçirilməsi məqsədilə universitet daxilində monitorinq və apellyasiya komissiyaları da fəaliyyət göstərir. Tələbələrin imtahanlara hazırlığı, onların elmi-nəzəri bilik səviyyəsi və fənlər üzrə əldə etdikləri nəticələr sistemli şəkildə qiymətləndirilir.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti tədrisin keyfiyyətinə və tələbələrin nailiyyətlərinə xüsusi önəm verir. Bu baxımdan imtahan sessiyası universitetin akademik prosesində vacib mərhələ sayılır və müvafiq struktur bölmələr tərəfindən davamlı olaraq təhlil olunur.
Sessiya başa çatdıqdan sonra nəticələr ümumiləşdiriləcək, təhlillər aparılacaq və tələbələrin akademik göstəricilərinə uyğun olaraq müvafiq addımlar atılacaq.



















