Qərbi Kaspi Universitetini təmsil edən əməkdaşlar Almaniyanın Zwickau Tətbiqi Elmlər Universitetində olublar
Qərbi Kaspi Universitetini təmsil edən əməkdaşlar E-CANDEE layihəsi çərçivəsində Almaniyanın Zwickau Tətbiqi Elmlər Universitetində keçirilən 3-cü Beynəlxalq Təlimdə iştirak ediblər.
Tədbirdə birgə magistr proqramı üzrə iştirak edən universitetlər və onların nümayəndələri ilə yaşıl transformasiya (Green Transformation) və dayanıqlı idarəetmə (Sustainable Management) proseslərinə necə töhfə verə biləcəyi ətrafında müzakirələr edilib.
Avropanın, eləcə də Almaniyanın aparıcı universitetləri ilə əməkdaşlıq imkanları, akademik mübadilə və yeni tərəfdaşlıqların qurulması istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Qərbi Kaspi Universitetinin yaxın gələcəkdə ikili magistr proqramında tərəfdaş kimi iştirakı məsələləri də müzakirə olunub. Universitetin həyata keçirdiyi layihələr, UI GreenMetric reytinqində iştirakı, eləcə də bərpa olunan enerji sahəsində gördüyü işlər və əldə etdiyi uğurlar iştirakçılara təqdim edilib.