Qərbi Kaspi Universitetinin dekanları İstanbul Gelişim Universitetində səfərdədir
Qərbi Kaspi Universitetinin İqtisadiyyat Məktəbinin dekanı Afaq Həsənova və Biznes və idarəetmə Məktəbinin dekanı Natiq Mirzəyev akademik mobillik proqramı çərçivəsində hazırda İstanbul Gelişim Universitetində səfərdədirlər.
Səfər çərçivəsində İstanbul Gelişim Universitetində İqtisadiyyat, İnzibati və Sosial Elmlər Fakültəsinin dekanı ilə görüş keçirilib.
Görüş zamanı ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramları , tələbə-müəllim mübadiləsi ətrafında danışıqlar aparılıb.
Sonda universitetlər haqqında təqdimatlar edilib.