Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin professorunun məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Qərbi Kaspi Universitetinin professorunun məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Qərbi Kaspi Universitetinin Turizm və sahə iqtisadiyyatı kafedrasının müdiri, professor Səfər Pürhaninin məqaləsi Scopus elmmetrik bazasında indeksləşən yüksək reytinqli (Quartile 1) “International Journal of Energy Economics and Policy” jurnalında nəşr olunub.

Məqalə "Enerji təhlükəsizliyi səviyyəsinin müqayisəli qiymətləndirilməsi: Cənubi Qafqaz ölkələrinin nümunəsi" mövzusuna həsr edilib.