Qərbi Kaspi Universitetinin tələbələri Autizm Mərkəzində
Qərbi Kaspi Universitetinin Psixologiya Məktəbinin tələbələri Autizm Mərkəzində olublar.
Səfər Defektologiya fənni çərçivəsində “Mürəkkəb qüsurlu uşaqların ümumi xarakteristikası” mövzusu üzrə praktiki biliklərini möhkəmləndirmək məqsədilə həyata keçirilib.
Tələbələr müəssisənin fəaliyyəti, terapiya növləri və uşaqlarla iş prinsipləri ilə yaxından tanış olub, mütəxəssislərin iş prosesini əyani şəkildə müşahidə ediblər.
Eyni zamanda simulyasiya, musiqi terapiyası və məişət bacarıqlarının inkişaf etdirildiyi otaqlarla tanışlıq tələbələrdə böyük maraq yaradıb.
Praktiki məşğələ zamanı tələbələr pasiyentlərlə canlı ünsiyyət quraraq onların inkişaf prosesini izləmək imkanı əldə ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.