Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbələri “Nur Uşaq Evi”ni ziyarət ediblər

Qərbi Kaspi Universitetinin bir qrup tələbəsinin təşəbbüsü ilə xeyriyyəçilik aksiyası keçirilib.

Aksiya çərçivəsində tələbələr Ramana qəsəbəsində yerləşən “Nur Uşaq Evi”ni ziyarət ediblər.

Tələbələr uşaqlarla müxtəlif oyunlar oynayıb, onlarla səmimi ünsiyyət qurublar, həmçinin tapmacalar səsləndirib, birlikdə rəsm çəkib, rəqs edib, eləcə də uşaqlar üçün kiçik tamaşalar hazırlayıblar.

Sonda uşaqlara müxtəlif hədiyyələr paylanılıb.

Ziyarət Tələbə Dəstək Mərkəzi və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə baş tutub.

Bu cür təşəbbüslər tələbələrdə sosial məsuliyyət hissinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda məqsəd uşaqlara diqqət göstərmək, onların gündəlik həyatına sevinc bəxş etməkdir.