Qərbi Kaspi Universitetinin tələbələri olimpiadada iştirak ediblər
Qərbi Kaspi Universitetinin Siyasi və ictimai elmlər məktəbinin Politologiya və Beynəlxalq münasibətlər ixtisaslarının tələbələri “Dünya ölkələrinin seçki sistemləri” V Beynəlxalq tələbə olimpiadasında iştirak ediblər. Beynəlxalq münasibətlər ixtisasında təhsil alan Fidan Hümbətova isə sertifikat ilə təltif edilib.
Olmpiada MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun təşkilatçılığı ilə keçirilib.
İnternet-olimpiadasının keçirilməsinin məqsədi gənc seçicilərin müasir cəmiyyətin demokratik inkişaf prinsipləri, parlamentarizm və vətəndaşların seçki hüquqları barədə biliklərinin artırılmasından, səsvermə hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik və bacarıqlarının formalaşdırılmasından və istedadlı tələbələrin dəstəklənməsindən ibarətdir.