Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbələrinin yeni uğuru.

19–20 iyun tarixlərində Bakıda Baku ID 2025 innovasiya festivalı baş tutmuşdur. Festival SABAH HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirildi. Artıq iki ildir ki, Qərbi Kaspi Unuversitetində SABAH HUB İnnovasiya Mərkəzi ilə əməkdaşlığı ilə, “Sahibkarlığa giriş” kursu tələbələrimizə tədris olunur.  Baku ID festivalının əsas hissələrindən olan startup təqdimat mərhələsində universitetimizin komandaları məhsul və ideyalarını sərgiləyərək investorlar qarşısında çıxış etdilər. QKU-nun “Festivo” komandası “University Demo Day” kateqoriyasında ikinci yerə layiq görülmüşdür.  Psixologiya və Yüksək texnologiyalar və İnnovativ mühəndislik məktəblərinin tələbələri Yasmin İshildar, Murad Novruzov və Zərifə Əliyevanı təbrik edib, innovativ ideyalar və texnoloji yeniliklərə doğru daim irəliləməyə çağırırıq!