Qərbi Kaspi Universitetinin Dağçılıq Klubu tərəfindən tələbələr üçün maarifləndirici və praktiki təlim təşkil olunub.
Təlim zamanı itələbələrə dağçılığın müxtəlif növləri, təhlükəsizlik qaydaları və istifadə olunan xüsusi avadanlıqlar haqqında ətraflı məlumat verilib. Tədbirin davamında tələbələrin komanda ruhunu, çevikliyini və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə maraqlı komanda yarışları keçirilib.
Təlimin ən maraqlı anlarından biri isə tələbələrin dırmanma divarında ilk praktiki təcrübələrini yaşamaları olub. Bu təcrübə onlara dağçılığın həyəcanını yaxından hiss etmək və yeni bacarıqlar qazanmaq imkanı yaradıb.
Bu cür tədbirlər tələbələrdə dağçılığa marağın artırılmasına, fiziki aktivliyin təşviqinə, özünəinamın gücləndirilməsinə və komanda ruhunun formalaşmasına töhfə verir.






