Qərbi Kaspi Universitetinin Debat Klubu tələbələrlə görüş keçirib.
Qərbi Kaspi Universitetinin Debat Klubu tələbələrlə görüş keçirib.
3 oktyabr tarixində Qərbi Kaspi Universitetinin Debat Klubu tərəfindən tələbələrlə görüş keçirilib.
Görüş zamanı debat mədəniyyəti, fikir mübadiləsi və tələbələrin ictimai fəallığının artırılması istiqamətində müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Tələbələr öz fikir və mövqelərini bölüşərək maraqlı diskussiyalarda iştirak ediblər.
İnteraktiv və səmimi şəraitdə keçən görüş tələbələrin fəallığı və müxtəlif mövzular ətrafında səsləndirdikləri fikirlərlə yadda qalıb. Görüşün əsas məqsədi tələbələrin debat bacarıqlarının inkişaf etdirilməsi, sərbəst düşüncə və əsaslandırılmış fikir ifadəsi imkanlarının genişləndirilməsi olub.




