Qərbi Kaspi Universiteti tələbələri üçün Nikolay Kopernik Universitetində (Polşa, Torun) Təhsil Almaq İmkanı
Qərbi Kaspi Universiteti tələbələri üçün Nikolay Kopernik Universitetində (Polşa, Torun) Təhsil Almaq İmkanı
Qərbi Kaspi Universiteti ilə Nikolay Kopernik Universitetində (Polşa, Torun) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir) tələbəsi 2026/2027-ci tədris ilinin yaz semestrində Polşada təhsil almaq şansı qazanacaq.
Proqram Haqqında Məlumat
* Təhsil müddəti: 1 semestr
* Yaşayış xərclərini qarşılamaq məqsədilə aylıq təqaüd
* Səyahət xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanacaq
Müsabiqədə İştirak Üçün Tələblər:
* Turizm İşinin Təşkili və Turizm Bələdçiliyi üzeə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər.
* Müsabiqədə iştirak etmək üçün B2 səviyyədə ingilis dili biliyi mütləqdir.
* Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək
Proqramda iştirak üçün heç bir ödəniş tələb olunmur. Tələbələr ingilis dilində CV və Motivasiya məktublarını erasmus@wcu.edu.az ünvanına göndərə bilər və ya beynəlxalq əlaqələr şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 17 A, 111-ci otaq) yaxınlaşa bilərlər.
Son müraciət tarixi: 20.10.2026
Əlavə suallar üçün erasmus@wcu.edu.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
