Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

QKU -da bir qrup magistrantın dissertasiya işlərinin müdafiəsi keçirilib

Qərbi Kaspi Universitetində bir qrup magistrantın dissertasiya işlərinin müdafiəsi keçirilib.

 “Ekologiya və ətraf mühit” kafedrasının “Aqrar sahədə ətraf mühitin mühafizəsi”, eləcə də “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan magistrantlar tədqiqat mövzuları üzrə əldə etdikləri elmi nəticələri təqdim ediblər.

 Magistrantlar Dövlət Attestasiya Komissiyasının üzvlərinin suallarını cavablandıraraq apardıqları araşdırmaların əsas nəticələrini nümayiş etdiriblər.

 Müdafiə zamanı aqrar sahədə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və beynəlxalq münasibətlər sahəsində aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Magistrantların elmi-tədqiqat işləri Müdafiə Şurası tərəfindən yüksək qiymətləndirilib.

 Məzunlarımızı ürəkdən təbrik edir, gələcək elmi və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.