QKU tələbələri “Baku Food House” MMC-də təcrübə keçirlər
Qərbi Kaspi Universitetinin tələbələri “Baku Food House” MMC-də istehsalat təcrübəsi keçirlər.
Biznes və idarəetmə Məktəbinin Marketinq ixtisası üzrə təhsil alan tələbələri təcrübə çərçivəsində praktiki bilik və bacarıqlarını inkişaf etdirirlər.
Müəssisənin təşkilati strukturu, istehsal prosesinin təşkili, məhsulların bazar tələblərinə uyğun olaraq kəmiyyət və keyfiyyət baxımından hazırlanması, qiymətlərin bazar şəraitinə uyğun müəyyənləşdirilməsi, eləcə də satış kanallarının seçilməsi və idarə olunması kimi mühüm marketinq istiqamətləri ilə yaxından tanış olurlar.
Bundan əlavə, onlar müəssisədə marketinq strategiyalarının hazırlanması, müştəri tələbatının öyrənilməsi və rəqabət mühitinin təhlili prosesində də iştirak edərək praktiki təcrübə qazanırlar.