QKU-da “Dayanıqlı inkişafın formalaşmasında dayanıqlı istehlakın rolu” mövzusunda mühazirə keçirilib
Qərbi Kaspi Universitetində keçirilən beynəlxalq yaz mühazirələri silsiləsi bu il də uğurla davam edir.
Bu məqsədlə polşalı mütəxəssis Dr.Agnieszka Szulc-Obłozanın rəhbərliyi ilə “Dayanıqlı inkişafın formalaşmasında dayanıqlı istehlakın rolu” mövzusunda mühazirə baş tutub.
Dr.Agnieszka Szulc-Obłoza Polşanın Torun şəhərində yerləşən Nikolay Kopernik Universitetinin İqtisadi Elmlər və Menecment fakültəsində dosentdir. Onun elmi tədqiqat sahələrinə əmək bazarı iqtisadiyyatı, dayanıqlı istehlak və istehlakçı davranışının sosial-iqtisadi determinantları daxildir.
Mühazirə zamanı dayanıqlı inkişafın formalaşmasında dayanıqlı istehlakın rolu müxtəlif aspektlərdən geniş şəkildə təhlil olunub, istehlak vərdişlərinin ətraf mühitə, iqtisadi sabitliyə və sosial rifaha təsiri ətrafında ətraflı müzakirələr aparılıb.
https://www.youtube.com/shorts/MNS_OCyQwK8