Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU-də Yaz Mühazirələri: Miçiqan Universitetinin Professorları Süni İntellekt Mövzusunda Çıxış Edəcək

QKU-də Yaz Mühazirələri: Miçiqan Universitetinin Professorları Süni İntellekt Mövzusunda Çıxış Edəcək

QKU-də Yaz Mühazirələri: Miçiqan Universitetinin Professorları Süni İntellekt Mövzusunda Çıxış Edəcək

Qərbi Kaspi Universitetində ənənəvi yaz mühazirələri çərçivəsində bu il ABŞ-ın nüfuzlu Miçiqan Universitetinin professorları iştirak edəcək. Tədbir zamanı professorlar tələbə və akademik heyətlə görüşəcək, xüsusilə günümüzün ən aktual sahələrindən biri olan süni intellekt (AI) mövzusunda mühazirələr təqdim edəcəklər.Mühazirələrdə süni intellektin inkişaf tarixi, tətbiq sahələri, etik məsələləri və gələcək perspektivləri müzakirə olunacaq. Tələbələr həmçinin süni intellektin təhsildə, biznesdə və gündəlik həyatda istifadəsi barədə ətraflı məlumat əldə edəcəklər.Yaz mühazirələrinin əsas məqsədi tələbələrin bilik və bacarıqlarını qlobal trendlərə uyğun şəkildə artırmaq, eləcə də Qərbi Kaspi Universiteti ilə Miçiqan Universiteti arasında akademik əməkdaşlığı gücləndirməkdir.