QKU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları DİM tərəfindən təşəkkürnamə ilə təltif olunub
Qərbi Kaspi Universitetinin Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Dövlət İmtahan Mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Təltif DİM-in fəaliyyətinin 10 illiyi münasibətilə keçirilən rəsmi görüş çərçivəsində baş tutub.
QKU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları DİM-lə əməkdaşlıq çərçivəsində göstərdikləri fəallığa və qurumun fəaliyyətinə verdikləri töhfələrə görə yüksək qiymətləndiriliblər.