Qərbi Kaspi Universiteti tələbələri üçün Almaniyada təqaüdlü təhsil proqramı!

Qərbi Kaspi Universiteti tələbələri üçün Almaniyada təqaüdlü təhsil proqramı!
Qərbi Kaspi Universiteti və Almaniyanın Şmalkalden Universiteti arasında Erasmus+ çərçivəsində imzalanmış tərəfdaşlıq müqaviləsi əsasında 2025/2026 akademik ilinin yaz semesterində Qərbi Kaspi Universitetinin bakalavr tələbəsi Almaniyada təhsil almaq imkanı qazanır.
Proqram Haqqında Məlumat
* Təhsil müddəti: 4 ay ( 1 semestr)
* Təqaüd: yaşayış xərclərinin qarşılanması məqsədilə təqdim olunur.
* Səyahət xərcləri: Erasmus+ proqramı tərəfindən qarşılanacaq
Müsabiqədə iştirak üçün tələblər:
* Qərbi Kaspi Universitetinin İqtisadiyyat, Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi ixtisaslarında təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər.
* Müsabiqədə iştirak etmək üçün B2 səviyyədə ingilis dili biliyi mütləqdir.
* Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək Proqramda iştirak üçün heç bir ödəniş tələb olunmur. Tələbələr ingilis dilində CV və Motivasiya məktublarını erasmus@wcu.edu.az ünvanına göndərə bilər və ya Beynəlxalq Əlaqələr şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 21, 111-ci otaq) yaxınlaşa bilərlər.
Son müraciət tarixi: 10.11.2025
Əlavə suallar üçün erasmus@wcu.edu.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.