Şeyma Yıldırım Qərbi Kaspi Universitetində
Qərbi Kaspi Universitetində keçirilən Beynəlxalq Yaz Mühazirələri silsiləsi bu il də böyük maraqla qarşılanır.
Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, ekspertlər və akademik dairələrin nümayəndələri universitetin tələbə və müəllim heyəti ilə bir araya gələrək müxtəlif sahələr üzrə aktual mövzularda çıxışlar edirlər.
Erasmus+ Proqramı çərçivəsində akademik mobillik məqsədilə Şeyma Yıldırımın rəhbərliyi ilə universitetin Filologiya və Tərcümə Məktəbində mühazirələr təşkil edilir.
Şeyma Yıldırım Türkiyənin Hasan Kalyoncu Universitetində İngilis Dili Tədrisi sahəsində müəllim kimi fəaliyyət göstərir.
Onun elmi maraq dairəsinə ingilis dilinin tədrisi, kommunikativ fəaliyyətlər vasitəsilə sinif daxili iştirakın artırılması, eləcə də rəqəmsal təlim yanaşmaları daxildir.
Şeyma Yıldırım TÜBİTAK layihələrində tədqiqatçı kimi fəaliyyət göstərib, beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib və beynəlxalq indeksli jurnallarda elmi məqalələri dərc olunub.
Bununla yanaşı, ingilis dilinin tədrisi və erkən yaş dövründə xarici dil öyrədilməsi mövzularına həsr olunan elmi kitablarda müəllif kimi yer alıb.