Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Rəqəmsal Bioriyaziyyat proqramı üzrə xüsusi kurs keçiriləcək

Qərbi Kaspi Universitetində Rəqəmsal Bioriyaziyyat proqramı üzrə xüsusi kurs keçiriləcək

Qərbi Kaspi Universitetində Rəqəmsal Bioriyaziyyat proqramı üzrə xüsusi kurs keçiriləcək.

Tarix: 20 aprel-01 may

Almaniyalı professor Florian Rupp Qərbi Kaspi Universitetinin Fəxri Professorudur.

O, eyni zamanda universitetin Beynəlxalq Materialşünaslıq və Texnologiyalar Mərkəzində tədqiqatçı və“Journal of Smart Technologies and Computational Systems” jurnalının redaksiya heyətinin üzvüdür.

Almaniyalı riyaziyyatçı və tədqiqatçı Prof. Florian Rupp Münhen Bundesver Universitetinin professoru və Kutaisi Beynəlxalq Universitetinin müəllimi kimi fəaliyyət göstərir.

Onun tədqiqat sahələrinə stoxastik dinamik sistemlər, riyazimodelləşdirmə və süni intellekt daxildir.

O, “Dinamik sistemlər və elmi hesablamalar” sahəsində innovativ və multidissiplinar tədris fəaliyyətinə görə Münhen Texniki Universitetində təqdim olunan Ernst Otto Fischer Teaching Award mükafatına layiq görülmüşdür.