Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrin iştirakı ilə kitab müzakirəsi keçirilib

Tələbələrin iştirakı ilə kitab müzakirəsi keçirilib

Qərbi Kaspi Universitetinin Elmi Kitabxanası Filologiya və Tərcümə Məktəbinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Nağıyevanın və tələbələrin iştirakı ilə kitab müzakirəsi keçirilib.
Yazıçı İsa Muğannanın kitabxana fondunda mövcud olan kitablarının təqdimatı keçirilərək yazıçının yaradıcılığı ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda tələbələrin kitabxanaya dair və onlayn məlumat bazaları, onlardan istifadə qaydalarına aid sualları cavablandırılıb, həmçinin ixtisasyönümlü mövzular üzrə və digər yeni nəşrlər barədə məlumat verilib.