Unicaf Zambiya Universitetinin professoru Qərbi Kaspi Universitetində səfərdə olub.
Unicaf Zambiya Universitetinin professoru Qərbi Kaspi Universitetində səfərdə olub.
Səfər çərçivəsində professor universitet rəhbərliyi ilə görüşdə iştirak edib.
Görüş zamanı ali təhsil və elmi-tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, akademik mübadilə imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər universitetlər arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı perspektivləri müzakirə ediblər.
Görüş beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsi və Qərbi Kaspi Universitetinin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi baxımından
əhəmiyyətli olub.
