Qərbi Kaspi Universitetində sahibkarlıq mövzusunda vebinar keçiriləcək
Martın 17-də Qərbi Kaspi Universiteti və PPM (Menecmentin İnkişafı Mərkəzi) İdarəetmə Məktəbinin birgə təşkilatçılığı ilə “Mədəniyyətlərin Kəsişdiyi Məqamda: Qlobal Biznes Danışıqlarında Fikir Ayrılıqlarının İdarə Edilməsi” mövzusunda vebinar keçiriləcək.
Vebinar Dr.Respati Wulandari tərəfindən keçiriləcək və saat 10:00-da başlayacaq. O, PPM (Menecmentin İnkişafı Mərkəzi) İdarəetmə Məktəbində sahibkarlıq və liderlik üzrə mütəxəssis, dosentdir.
2018–2024-cü illərdə BINUS Biznes Məktəbində Beynəlmiləlləşmə və Tərəfdaşlıqlar Departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Bu müddət ərzində o, QS reytinqinin ilk 200-lüyündə yer alan bir sıra beynəlxalq universitetlərlə uğurlu əməkdaşlıqlar qurub və AACSB akkreditasiyası prosesində fəal iştirak edib.
Hər il 35-dən çox beynəlxalq mühazirə və seminar təşkil edən Dr.Respati Wulandari tanınmış xarici professorları, müstəqil ekspertləri və beynəlxalq şirkətlərin yüksək səviyyəli nümayəndələrini bu tədbirlərə dəvət edir. Eyni zamanda universitetlərlə sənaye tərəfdaşları arasında müəllim mübadilə proqramlarının yaradılmasına töhfə verib.
Vebinarda iştirak etmək üçün qeydiyyat linkinə keçid edə bilərsiniz: https://teams.microsoft.com/meet/49517100940176?p=9OnCh9idDjPshERSj9