Qərbi Kaspi Universiteti

Beynəlxalq Əlaqələr

Xarici tələbələr üçün qəbul qaydaları

Qərbi Kaspi Universiteti xarici vətəndaşlara ali təhsil almaq imkanlarını verir. Bunun üçün xarici ərizəçilərin Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciətləri tələb olunmur. Qərbi Kaspi Universitetində təhsil almaq istəyən xarici vətəndaşlar universitetin Beynəlxalq Əlaqələr Departamentinə müraciət etməlidirlər. Müsahibəni uğurla keçən namizədlər müqavilə əsasında universitetə qəbul olunurlar.

Lazım olan sənədlər:

  • Ərizə forması
  • Xarici passportun surəti
  • 2 ədəd 3x4 foto şəkil (qırmızı fonda)
  • Təhsil haqqında sənəd
  • Sertifikatlar (əgər varsa);
  • Qiymət vərəqəsi;
  • Tibbi arayış;

Qeyd: Ancaq bakalavr dərəcəsi diplomu olanalar məzun qəbulu üçün leqallaşdırılma prosessini keçməlidirlər (zəhmət olmasa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin leqallaşdırılma/nostrifikasiyası tələbləri ilə tanış olun http://edu.gov.az/en/page/165);

Qeyd edilən bütün sənədlərin skan olunmuş surətlərini aşağıdakı elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Əlaqə:

Qərbi Kaspi Universiteti

Beynəlxalq Əlaqələr Departamenti

İstiqlaliyyət 31, Bakı, AZ1001

Telefon: +994 12 492 74 18 (+ daxili 16)

Mobile: +99 450 263 63 74

Faks: +994 12 492 67 01

Email: ird@wcu.edu.az

Viza və qeydiyyat

Azərbaycan ərazisinə daxil olarkən əcnəbi tələbələr qalacağı yaşayış sahəsi üzrə qeydiyyatdan keçməlidir. Bu məqsədlə, tələbənin özü və ya yaşayış sahəsinin (mənzil, otel) rəhbərliyi aşağıdakı sənədləri www.migration.gov.az saytı, yaxud qeydiyyat@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidir.

- Tələbənin pasportunun surəti

- Doldurulmuş ərizə forması

http://migration.gov.az//images/pages/508585072f67be502fad367d36a5d7d2.pdf

Vahid miqrasiya məlumat sistemi ərizəçini yaşayış sahəsi üzrə qeydiyyata alır və bir iş günü ərzində bu barədə məlumatlandırır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı aşağıda göstərilən müddətlər ərzində etibarlıdır.

- viza ilə gələn şəxs üçün - vizada göstərilən ölkədə qalma müddəti;

- viza tələb olunmayan qaydada gələn şəxs üçün - 90 gün

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün qeydiyyatdan keçməsinə heç bir dövlət rüsumu tələb olunmur.

Tələbə qaldığı yeri dəyişərsə, yuxarıda göstərilən qaydada yeni yaşayış sahəsi üzrə qeydiyyatdan keçməlidir.

Qərb Universitetinin Beynəlxalq Əlaqələr Departamenti viza və qeydiyyat məsələləri ilə bağlı xarici tələbələrə daim dəstək və məsləhət verməkdədir.

Ərizə qaydaları ilə əlaqədar çətinliyiniz olarsa, Bazar ertəsindən Cümə gününədək iş saatları ərzində (09:00 - 18:00) bizimlə əlaqə yaradın.

Tel: +99412 492 61 63 (+daxili 16)

Fax: +99412 492 67 01

Mobile: +99 450 263 63 74

Email: ird@wcu.edu.az

 

Xarici Tələbələr Üçün Məlumat

Azərbaycan Respublikasında əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.

Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Universitetimizdə əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə fakültələr, şöbələr fəaliyyət göstərməkdədir.

Xarici tələbələri maraqlandıra biləcək təhsildən kənar məlumatlar:

Tələbələr ölkə, nəqliyyat, hava, yaşayış xərcləri, yaşama imkanları (yataqxana, kirayə mənzil) və Azərbaycandakı xarici səfirliklərin siyahısı barədə məlumatları Beynəlxalq Əlaqələr Departamentindən ala bilərlər.

Paylaşılan ev xərcləri: aylıq 100- 250 AZN (60 – 140 USD)

Paylaşılmayan ev kirayəsi: 250-500 AZN, (140-285 USD)

Ərzaq xərcləri: 150 AZN ( 85 USD)

Digər xərclər (nəqliyyat, sosial fəaliyyət və s.): 100 AZN (60 USD)

Yerləşdirməni təmin etmək üçün (Bakıdakı standart mənzil) 100 ABŞ dolları məbləğində depozit tələb olunur.

Yaşayış xərcləri ayda 400 AZN-dən 800 AZN-ə (230-460 ABŞ dolları) qədər dəyişir.

Müraciət formu