Qərbi Kaspi Universiteti

Kurslar

Ətraf mühitin mühafizəsi kursu

Müddət: 6 həftə
Zaman aralığı: həftədə 1 saat
Qiymət: Ödənişsiz
Təşkilatçı: Qərbi Kaspi Universiteti
Səviyyə: Başlanğıc
Dil: İngilis və Azərbaycan
Təlimatçı:

 

Müraciət et

 

 

Kursun ilkin təsviri

Biosfer ehtiyatlarından, planetimizin bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu gün müharibə, sülh, ərzaq, ictimai və s. problemlərdən az əhəmiyyət daşımır. Buna görə də ekologiya elmi qanunauyğun sürətdə elmlərin ön sırasında durur.
Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, cəmiyyətə böyük fayda verir: əhalinin ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir: təbii ehtiyatlar tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin azalması (Yer üzərində bir çox bitki və heyvan növlərinin sıradan çıxması ilə əlaqədar) və deqradasiyası nəticəsində biosferin tarazlığının pozulması müşahidə olunur və s. Bütün bu hadisələrin təzyiqi altında bəzən qlobal ekoloji böhran, ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır.


Kurs üzrə təklif edilən dərslər
- Hidrosfer və onun ekoloji problemləri
- İnsan fəaliyyətinin ətraf mühitə təsiri
- Biosferin ekoloji mahiyyəti
- Ərzaq təhlükəsizliyində torpaq ehtiyatlarının rolu
- Yosunların ekoloji yayılması
- Ekologiyanın bitkilərə təsiri