Qərbi Kaspi Universiteti

Universitet

Mükafat və sertifikatlar

2018

Gənclər və İdman Nazirliyi və Qərbi Kaspi Universitetinin dəstəyi, Qərbi Kaspi Universiteti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş ali təhsil müəssisələri arası mini futbol yarışı başa çatıb.

Qərbi Kaspi Universitetində keçirilən turnirdə 15 ali təhsil ocağının komandası iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda universitetimizin tələbələrindən ibarət komanda turnirin baş mükafatına sahib çıxıb.

2-ci və 3-cü yerləri isə müvafiq olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları tutublar.

Siyasi Elmlər Məktəbinin tələbəsi, universitetin ictimai həyatında fəallığı ilə seçilən Yadigar Nağıyev Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" Respublika şagird-tələbə Elmi Konfransında iştirak edib.


Qərbi Kaspi Universitetinin Texnoparkında işlənən "ParkingApp" layihəsinin ideya müəllifi olan məktəbli Günel Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif edilib. Qeyd edək ki, "ParkingApp" layihəsinin ideyası ondan ibarətdir ki, bu sistemin köməkliyi ilə sürücülər həm maşınlarını park etmək üçün yer tapacaq, həm də ödənişi online edərək vaxt itkisindən və yanacaq sərfindən xilas olacaqlar.


Qərbi Kaspi Universitetinin müəllimi, siyasi elmlər doktoru Vəsilə Hacıyeva Ailə, Qadın və Uşaq Problemləri Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən təltif edilib.


Qərbi Kaspi Universitetinin tələbəsi Azər Nemanlının layihə rəhbəri kimi qatıldığı məktəblilərdən ibarət komanda "İntel" şirkəti tərəfindən təltif edilib. Qeyd edək ki, komandanın "Vooby" layihəsi universitetimizin tələbəsi bu layihə ilə bir müddət öncə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüşdü.

Qərbi Kaspi Universiteti "Hackathon Azerbaijan" layihəsinə təşkilati dəstək verdiyi üçün sertifikat ilə təltif edilib.


2017

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “EkoSivil Gənclik” layihəsi həyata keçirildi. “Ekosivil Gənclik” layihəsi çərçivəsində iştirakçılar öz “yaşıl” start-up ideyalarını təqdim etdilər. Layihə üçün seçilən 25 şəxs arasında iştirak edən Qərb Universitetinin tələbəsi Əliyev Alı "Smart İdea - "Smart Green Built" adlı start-up ideyasını təqdim etmişdir. Start-up ideyası münsiflər heyəti tərəfindən bəyənilmiş və sonda tələbəmiz şəhadətnamə ilə təltif olunmuşdur. 

2016

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 30-31 yanvar tarixlərində keçirdiyi IX Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatında . Çempionatda Qərb Universitetini təmsil edən komanda yekun hesabda ikinci yeri tutmuşdur. Həmçinin Universitetin IV kurs tələbəsi Novruzova Fidan isə fərdi yarışda ikinci yeri tutmuşdur.

2015

Qərb Universiteti İdman klubu 4-5 aprel 2015-ci il tarixlərində keçirilmiş "İdman dırmanması (boldring) üzrə "ÜMİD" yarışında II yeri tutduğuna görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti İdman klubunun üzvü İlkin Mustfazadə müxtəlif vaxtlarda, müxtəlif yarışlarda qalib gələrək aşağıdakı mükafatlara layiq görülmüşdür:

"Eurasian Cup of Kung Fu-Fighting" Yarışında 60 kq çəki dərəcəsində I yeri tutduöuna görə Gürcüstan Kung Fu Federasiyası tərəfindən Diplomla təltif olunmuşdur. (Gürcüstan, Tiblisi)

"Wushu Kung Fu" Yarışında II yer. (İtaliya, Roma)

"Juboksing Citsu Kontakt" üzrə Azərbaycan çempionatının, 60 kq çəki dərəcəsində I yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

"Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 92 illiyinə həsr olunmuş beynəlxalq "Döyüş növləri" turnirində I yeri qazandığına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Azərbaycan "WUSHU SANDA» yığmasının tərkibində Gürcüstanın Tbilisi şəhərində keçirilən "CUP OF GEORGIA" Beynəlxalq yarışında II yerə layiq görülmüşdür.

9-14 noyabr tarixində, Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Wushu Sanda" üzrə Dünya kubokunda. Azərbaycanı, 56 kq çəki dərəcəsində, Qərb Universiteti İdman Klubunun üzvü İlkin Mustafayev təmsil edərək I yeri qazanmışdır!

27-31 Dekabr tarixlərində, Bakıda BUDO döyüş növlərinin klublar arasında keçirilən I Dünya Kubokunda, "Western University Sport Club"un üzvü Mustafayev İlkin BUDO döyüş növlərinin "Wushu Sanda" növündə III yeri qazanmışdır.

27-31 Dekabr tarixlərində, Bakıda BUDO döyüş növlərinin klublar arasında keçirilən I Dünya Kubokunda, Qərb Universitetinin Qərb Dilləri fakültəsinin tələbəsi Cəfərov Əkbər, BUDO döyüş növlərinin "Grappling" növündə, 75 kg çəki dərəcəsində I yeri qazanmışdır!

5-6 dekabr 2015-ci il tarixində keçirilən Dry Tooling üzrə Açıq Respublika Çempionatında Qərb Universiteti komandası II yerə layiq görülmüşdür!

2014

Qərb Universiteti İdman klubu, Klublar arasında İdman Dırmanması üzrə Respublika çempionatında I yer tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti KVN komandasına, Rəsmi Azərbaycan Regional liqasının qala-konsertində uğurlu iştirakına görə, Azərbaycan Şən və Hazırcavablar klubu tərəfindən Təşəkkürnamə verilmişdir.

2013

Qərb Universiteti, "Western Fire" komandası, Birinci Bakı Şəhər İntellektual - Mədəni oyunlarında uğurla iştirak etdiyinə görə, Azərbaycan Tələbə Gənclər Təşkilatı tərəfindən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti İdman klubuna, 14-15 Dekabr 2013-cü il tarixində keçirilən Draytuling üzrə Respublika çempionatında aktiv iştirak etdiyinə görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşəkkürnamə verilmişdir.

2012

Qərb Universiteti Debat klubuna, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən təşkil olunan "Respublika Gənclər Debat Forumu 2012/13" Çərçivəsində həyata keçirilən Bakı Gənclər Debatı forumunda aktiv iştiraka görə, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən Fəxri Fərman verilmişdir.

2009

Qərb Universiteti komandası, ali təhsil məktəblərinin tələbələri arasında keçirilən IX Respublika Universiadasında Basketbol (kişilər) üzrə III yer tutduğuna görə, "Gənclik Tələbə İdman Cəmiyyətinin" Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universitetinin Bilik komandası, Ümummili Lider Heydər Əliyevin 86-cı ildönümü münasibəti ilə keçirilən Ali təhsil müəssisələrinin tələbələri arasında Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik olimpiadasında III yeri tutduğuna görə, Səbail Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

2008

Qərb Universitetinə, Bakıda keçirilən Beynəlxalq Konfransda göstərdiyi dəstəyə görə, "AİESEC" təşkilatı tərəfindən sertifikat verilmişdir.

2007

Qərb Universiteti Basketbol komandası, kişilər arasında keçirilən Respublika Universitetlər çempionatında II yerə layiq görülmüşdür.

Qərb Universiteti "Education&Career" təşkilatı tərəfindən 1-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində əməkdaşlıqa görə, sertifikatla təltif olunmuşdur.

Qərb Universiteti Xor klubu, "Tələbə Baharı" Tələbələrin I Yaradıcılıq Festivalında "Pop musiqisi" nominasiyasında I yer tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti, 18 oktyabr 2007-ci il "Dövlət müstəqilliyi günü" ilə əlaqədar gənclər arasında Şahmat üzrə rayon birinciliyində I yeri tutduğuna görə, Səbail Rayon Gənclər İdman İdarəsi tərəfindən diplomla təltif olunuşdur.

Qərb Universitetinin Debat klubuna, 2006-2007-ci il Debat Proqramı müddətində fəal iştirak etdiyinə görə, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən Fəxri Fərman verilmişdir.

2006

Qərb Universiteti akademik sahədəki nailiyyətlərə görə, The "Consulting&Business" Magazine tərəfindən "COMPANY OF THE YEAR" mükafatına layiq görülmüşdür.

Qərb Universiteti komandası, Məmmədova Ülviyyə, Çələbiyev Xəyal, Ağayev Şamil, "Qloballaşma lokal mədəniyyətə təsir göstərir" mövzusunda K.Popper formatı üzrə Debat yarışlarında I yeri tutduğuna görə Səbail Rayonu Gənclər və İdman idarəsi tərəfindən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti Hüquqşünas kadrların yüksək səviyyədə yetişdirilməsindəki fəaliyyətinə görə, Avrasiya Hüquqşünaslar Assossiasiyası tərəfindən Fəxri Diplomla təltif edilmişdir.

Qərb Universiteti Basketbol komandası, ali təhsil müəssisələri tələbələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika Çempionatında I yeri tutduğuna görə, "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universitetinin Xor qrupu, Tələbə-Gənclərin Bədii-Yaradıcılıq Festivalında iştirak etdiyinə görə, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

2005

Qərb Universiteti Basketbol komandası, VIII Respublika Universiadası Basketbol (kişilər) üzrə yarışda II yeri tutduğu üçün, Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universieti idman klubunun üzvü Abbaszadə Tağı, Ali təhsil müəssisələri arasında keçirilən Armrestlinq (qol güləşi) üzrə Səbail rayon açıq birinciliyində 70 kq. çəki dərəcəsində III yeri tutduğuna görə, Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən diplomla təltif olunmuşdur.

2004

Qərb Universiteti akademik sahədəki nailiyyətlərə görə, The "Consulting&Business" Magazine tərəfindən Uğur mükafatına layiq görülmüşdür.

Qərb Universiteti Basketbol komandası, ali təhsil müəssisələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika Çempionatında ümumkomanda hesabında I yeri tutduğuna görə, "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2003

Qərb Universiteti akademik sahədəki nailiyyətlərə görə, The Consulting & Business" Magazine tərəfindən Uğur mükafatına layiq görülmüşdür.

Qərb Universiteti Basketbol komandası, kişilər arasında Azərbaycan çempionatında III yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyi tərəfindən bürünc mükafata layiq görülmüşdür.

2002

Qərb Universiteti akademik sahədəki nailiyyətlərə görə, The "Consulting&Business" Magazine tərəfindən Uğur mükafatına layiq görülmüşdür.

"Yaşıl budaqlar" bürünc mükafatı Almaniya-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə, Qərb Universitetinə təqdim edilmişdir.

Qərb Universiteti Breyn-Rinq komandası Səbail rayonu ali məktəbləri arasında keçirilən "Breyn-rinq" İntellektual oyununda I yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universiteti Basketbol komandası Milli Olimpiya Komitəsinin 10-illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika çempionatında I yeri tutduğuna görə "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universiteti Breyn-Rinq komandası Səbail rayonu ali məktəbləri arasında keçirilən "Breyn-rinq" İntellektual oyununda III yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universiteti Mini-futbol komandası Səbail rayon üzrə Novruz bayramına həsr edilmiş BTK-lar arasında keçirilən mini-futbol yarışlarında I yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

2001

Qərb Universitetinin Basketbol komandası, Tələbələr arasında Basketbol üzrə Azərbaycan çempionatında I yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universitetinin Mini futbol komandası, Səbail rayon çempionatında Bədən Tərbiyəsi kollektivləri arasında keçirilən II yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman idarəsi tərəfndən Diplomla təltif olunmuşdur.

Qərb Universitetinin Basketbol komandası, Azərbaycan Respublikası Müstəqilliyinin 10-illik yubileyinə həsr olunmuş ali təhsil məktəbləri tələbələri arasında keçirilən V Respublika Universiadasında Basketbol (kişilər) üzrə II yeri tutduğuna görə "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2000

Qərb Universiteti komandası Səbail rayonu ali məktəbləri (rus sektoru) arasında keçirilən, "Breyn-rinq" İntellektual oyununda I yeri tutduğuna görə, Səbail Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universiteti komandası Səbail rayon kuboku uğrunda, Bədən Tərbiyəsi kollektivləri arasında keçirilən Futbol yarışlarında III yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universiteti Basketbol komandası Ali təhsil məktəbləri tələbələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika çempionatında I yeri tutması ilə əlaqədar "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

1999

Qərb Universiteti idman komandası ali təhsil müəssisələri arasında keçirilən yarışda "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən I yer tutması ilə əlaqədar Diplomla təltif olunmuşdur.

1998

Ali və orta ixtisas təhsili müəssisələrinin Xor kollektivlərinə baxış müsabiqəsinin iştirakçısı Qərb Universiteti Xor kollektivi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən I Dərəcəli Diplomla təltif olunmuşdur.

Qərb Universiteti Bədən tərbiyəsi müəllimi A.Ağəliyev özəl universitetlər arasında göstərdiyi yüksək nailiyyətlərə görə "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.