Qərbi Kaspi Universiteti

Tədqiqatlar

İqlimin dəyişməsi Yer kürəsini daha sönük edir

İqlimin dəyişməsi Yer kürəsini daha sönük edir

Yeni tədqiqatın nəticələrinə əsasən, okean sularının istiləşməsi Yerin parlaqlığının azalmasına gətirib çıxarıb. Alimlər Yer şəfəqinin – planetimizdən əks olunan və Ayın səthini işıqlandıran işığın onilliklərlə toplanan ölçülərindən yararlanıblar. Həmçinin peyk ölçmələrindən istifadə olunub. Məlumatların təhlili göstərib ki, son iyirmi ildə Yerin əksetdirmə əmsalı yaxud albedosu xeyli aşağı düşüb. Hazırda Yer bir kvadratmetr sahəyə 20 il əvvəl olduğundan təqribən yarımvat az işıq əks etdirir. Üstəlik azalmanın böyük hissəsi son üç ilə düşür. Bu, planetin əksetdirmə qabiliyyətinin 0,5% azalmasına bərabərdir. Hazırda Yer kürəsi aldığı Günəş işığının təqribən 30% əks etdirir.

“Albedonun aşağı düşməsi bizim üçün gözlənilməz oldu! 17 il davam edən daimi albedodan sonrakı üç il ərzində əldə edilmiş məlumatları təhlil etmişik, - Nyu-Cersi Texnoloji İnstitutunun əməkdaşı və yeni tədqiqatın aparıcı müəllifi Filip Qud bildirir – Son məlumatlar əvvəlki illərin nəticələrinə əlavə edildikdə sönükləşmə tendensiyası özünü daha aydın biruzə verib.

Yerə çatan təmiz gün işığına iki amil təsir edir: Günəşin parlaqlığı və planetimizin əksetdirmə qabiliyyəti. Yerin albedosunda tədqiqatçıların müşahidə etdikləri dəyişikliklər Günəşin parlaqlığında vaxtaşırı baş verən

dəyişikliklərlə qarşılıqlı əlaqədə deyildi. Bu, o deməkdir ki, Yerin əksetdirmə qabiliyyətindəki dəyişikliklər burada, Yerdə baş verənlərlə bağlıdır.

NASA-nın “Buludlar və Yerin radiant enerjisi sistemi” (CERES) layihəsi çərçivəsində aparılmış peyk ölçmələrinə görə son illər Sakit okeanın şərq hissəsi üzərindəki aşağı buludların parlaqlığı azalmışdır.

 

https://www.ecowatch.com/climate-crisis-dimming-earth-light-2655204854.html