Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Əlixan Rzaquliyev
Müəllim
İnformatika, Kompüter bilikləri, İnformasiya texnologiyaları, süni intillekt, əqli mülkiyyət hüququ, patent hüququ
+994 12 565 39 74
alikhan.rzaguliyev@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri: informatika, süni intillekt, əqli mülkiyyət hüququ, patent hüququ
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Əlixan İlqar oğlu Rzaquliyev 1999-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2005-2016-ci illərdə Bakı şəhərindəki 132-134 №-li məktəbdə təhsil almışdır, məktəbi bitirmişdir. 2016-2021-cı illərdə Milli Aviasiya Akademiyasında Hava nəqliyatının yerdən idarə edilməsi mühəndisliyi fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2021-2023-cü illərdə Qərbi Kaspi Universitetində Biznesin idarə edilməsi üzrə magistr fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2021-2023-cü illərdə Biznes İnnovasiyası və Davamlılıq Universitetində (UBIS) Biznesin idarə edilməsi üzrə magistr fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2023-2024-cü illərdə Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasında (RGAIS) peşəkar yenidənhazırlanma diplomu üzrə Əqli mülkiyyət, Patent elmi fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2023-və sonra Qərbi Kaspi Universitetində Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi üzrə doktorantura fakültəsinin tələbəsi olmuşdur və hal-hazırda həmin universitetdə təhsilin davam etdirir. 2022-2024-cü illərdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Aparıcı məsləhətçi patent eksperti vəzifəsində işləmişdir. 2024-və sonra Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Baş məsləhətçi patent eksperti vəzifəsində işləmişdir. 2024-və sonra Qərbi Kaspi Universitetində müəllimi vəzifəsində çalışmışdır.
10-a yaxın elmi və metodiki işin müəllifidır.