Qərbi Kaspi Universiteti

Müəllimlər

Filologiya və Tərcümə Məktəbi

Aygün Səmədzadə

Müəllim

Linqvokulturologiya,Tələffüz və şifahi nitq vərdişləri

+994 12 492 74 18

ayhun.samadzada@wcu.edu.az

Səmədzadə Aygün Elman qızı 19 fevral 1983-cü il tarixində Bakı şəhərində anadan  olmuşdur. 2000-ci ildə Bakı şəhəri Səbayıl rayonu Eldar Məmmədov adına 189 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.

2002-ci   ildə Qərbi Kaspi Universitetinin Filologiya  (Xarici dil və ədəbiyyat - İngilis dili) fakültəsinə daxil olmuş, 2006-cı ildə bakalavr  təhsilini bitirmişdir.  Həmin ildə burada magistr təhsilini eyni ixtisas üzrə davam etdirmiş, 2008-ci ildə bitirmişdir.

2014-2018-ci illərdə“German dilçiliyi”ixtisası üzrə Qərbi Kaspi Universitetinin dissertantı olmuşdur.

2015-2016-cı illərdə universitetin təşkil etdiyi Erasmus Mundus EFFORT (Fəlsəfə doktoru) mübadilə proqramı ilə Polşanın Lodz Universitetində tədqiqat aparmışdır.

2019-cu ildən Qərbi Kaspi  Universitetində müəllim vəzifəsində çalışır.