Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Aynurə Paşayeva

Müəllim

Bioloji elmlər

+994 12 565 39 74

aynure.pashayeva.2024@wcu.edu.az

Aynurə Paşayeva 2013-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2015-ci ildə isə "Genetika" ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2022-ci ildə Aynurə Paşayeva AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Molekulyar biologiya" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Dənli bitkilərdə işiqla induksiya olunan proteom və metabolom dəyişiklikləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. Biologiya üzrə fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra Aynurə Paşayeva Koreya Respublikasının Pusan Milli Universitetinin Molekulyar Biologiya departamentində postdok tədqiqatçı kimi çalışmışdır. Tədqiqatları fotosintetik orqanizmlərin ətraf mühit dəyişikliklərinə qısa və uzun müddətli molekulyar uyğunlaşmalarının öyrənilməsinə həsr olunmuşdur.

2024-cü ildən etibarən Aynurə Paşayeva Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks Beynəlxalq Laboratoriyasının müdiri vəzifəsində çalışır. Onun tədqiqat sahəsi fotosintetik orqanizmlərin müxtəlif stres faktorlarına proteom və metabolom səviyyəsində adaptasiya mexanizmlərinin öyrənilməsinə, həmçinin stresə davamlılığın artırılması üçün yeni strategiyaların işlənib hazırlanmasına yönəlmişdir.

Elmi fəaliyyətindəki uğurlarına görə, Aynurə Paşayeva 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elmi fəaliyyətdə fərqlənməyə görə" Fəxri Fərmanı ilə təltif edilmişdir. O, eyni zamanda, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti (ISPR) və Amerika Bitki Bioloqları Cəmiyyətinin (ASPB) üzvüdür. Yaponiya, Koreya, Pakistan, Tacikistan kimi ölkələrdə keçirilən konfranslarda məruzələrlə çıxış edib. Bundan əlavə, bir sıra yerli və beynəlxalq jurnalların rəyçisi kimi fəaliyyət göstərir.