Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Aysel Kuxmazova

Azərbaycan Rəssamlar İttifaqın üzvü, Müəllim

Ergonomika, təsviri incəsənət, layihə qrafikası və rəngli kompozisiya, layihələndirmənin əsasları

+994 12 492 74 18

aysel.kuxmazova@wcu.edu.az

Kuxmazova Aysel Aydın qızı 21 aprel 1993-cü il tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı ş. Yasamal rayonu 167 saylı orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinə daxil olub və 2014-cü ildə Universitetin “Dizayn” ixtisası üzrə bakalavr pilləsini bitirib.

Həmin ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq və Dizayn” fakültəsinin magistraturasına daxil olub və 2016-cı ildə təhsili fərqlənmə diplomu ilə bitirib “Dizayner” ixtisasına yiyələnib.

2016-ci ildən 2022-ci ilə kimi Azərbaycan Milli Xalça Muzeyində dizayner vəzifəsində çalışmışdı. 2018-2019-cu tədris ilində “Odlar Yurdu” Universitetində dizayn ixtisası üzrə saat hesabı müəllim kimi dərs deyib.

2023-ci ildən Qərbi Kaspi Universitetində dizayn ixtisası üzrə ştat müəllim kimi dərs deyir.

2018-ci ildən Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinin üzvüdü. Rus, ingilis və ispan dillərini sərbəst bilir.