Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Fatimə İsmayılova

Müəllim

Mühit dizayn,Kompozisiya

fatima.ismayilova@wu.edu.az

17 iyul 1998-ci ildə anadan olmuşdur. 2006–2014-cü illərdə Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə, 2014–2016-cı illərdə isə Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində almış, Memarlıq ixtisası üzrə bakalavr, Şəhərsalma ixtisası üzrə isə magistr dərəcəsi əldə etmişdir. Təhsil dövründə universitetin RIBA (Royal Institute of British Architects) Part 1 akkreditasiyası prosesində iştirak etmiş, təqdim etdiyi layihələr beynəlxalq standartlara uyğun qiymətləndirilmişdir.

2020-ci ildən etibarən memarlıq və dizayn sahəsində peşəkar fəaliyyət göstərir. Müxtəlif memarlıq və dizayn layihələrinin hazırlanması və idarə olunması sahəsində təcrübəyə malikdir. Hazırda müəllim, memar və dizayn layihələri üzrə layihə rəhbəri kimi fəaliyyətini davam etdirir.

Hal-hazırda Dizayn Məktəbində “Mühit dizaynı” və “Kompozisiya” fənlərini tədris edir. Tədris prosesində real iş mühitinin modelləşdirilməsinə, məkanın funksional və estetik həllinə, həmçinin tələbələrin müstəqil peşəkar kommunikasiya bacarıqlarının inkişafına xüsusi önəm verir.

Rəsm və incəsənət yönümlü fəaliyyətlərə, eləcə də yaradıcı sahibkarlığa maraq göstərir. Elmi fəaliyyətlə məşğul olur və hazırda nəşr üçün elmi məqalələr üzərində çalışır.