Siyasi və İctimai elmlər Məktəbi

Fikrət Sadıxov
Professor
Diplomatik və konsulluq xidməti, diplomatik portret, diplomatiyanın əsasları, mədəni diplomatiya, diplomatik etiket qaydaları, diplomatiya nəzəriyyəsi və təcrübəsi
+994 12 565 39 77
fikret_sadixov@wcu.edu.az
1993-1996-cı illərdə Sosial İdarəetmə və Politologiya İnstitutunda Beynəlxalq münasibətlər fakültəsinin professoru, 1996-1999-cu illərdə Ali Diplomatiya kollecinin professoru vəzifəsində olmuşdur. 1996-cı ildən bu günədək Qərbi Kaspi Universitetinin “Politologiya və Beynəlxalq münasibətlər” kafedrasında çalışır.
Azərbaycan Respublikasının Prezidentinin 2016- cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə təltif edilmişdir: “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2021-ci il 2523 nömrəli sərəncamı ilə F.Y.Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Çoxsaylı Beynəlxalq forum və konfransarın iştirakçısıdır.