Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Gövhər Aydəmirova
Müəllim
Coğrafiya
+994 12 565 39 74
aydemirova70@wcu.edu.az
Aydəmirova Gövhər Zabit qızı 20 dekabr 1978-ci ildə Rusiya Federasiyası Rostov vilayəti Şaxta şəhərində anadan olmuşdur.1995-1999-cu illərdə Bakı şəhərində 190 saylı orta məktəbdə təhsil almışdır.1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya fakültəsində bakalavr təhsili almışdır.2006-2007-ci illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda Tarix ixtisası almışdır.2007-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Landşaftşünaslıq istiqaməti üzrə magistr təhsili almışdır. 2014-2017-ci illərdə AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Meteorologiya və İqlimşünaslıq İstiqaməti üzrə doktoranturada təhsilini davam etdirmişdir.Hal-hazırda “Qlobal iqlim dəyişmələri şəraitində Kür-Araz ovalığının aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması(pambıq bitkisi timsalında)”elmi işi üzərində çalışır. 1999-2018 –ci illərdə 150 saylı orta məktəbdə, 2016-2017-ci illərdə 6 nömrəli orta məktəbdə, 2013-2018-ci illərdə Qərb orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 2017-2024-cü ilə qədər Qərbi Kaspi Universitetinin Kollecində müəllim vəzifəsində çalışmışdır. 2024-cü ildən “Ekologiya və Ətraf mühit” kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. 9 elmi məqalənin müəllifidir.