Psixologiya Məktəbi

Gülşən Atakişiyeva
Müəllim
Sosial işə giriş , Keys menecment, Sosial tədqiqat metodları,Ailə sosial işin obyekti kimi, Sosial işdə idarəetmə, Sosial proqramlar və xidmətlər
+994 12 565 39 77
gulshen.atakishiyeva.2024@wcu.edu.az
2017-cıi ildə Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və İdarəetmə” fakültəsinin “Mərkəzi və Şərqi Avropa üzrə Regionşünaslıq” ixtisasına daxil olmuş və 2021-ci ildə həmin fakültənin bakalavr pilləsini bitirmişdir. 2021- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fəlsəfə və Sosial elmlər” kafedrasının “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2023-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Qərbi Kaspi Kollecinin ştat müəllim kimi fəaliyyətə başlamışdır. 2024-cü ildən Qərbi Kaspi Universitetinin “Psixologiya və sosial iş ” kafedrasında müəllim vəzifəsinə qəbul olunmuşdur. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir. 6 elmi məqalə və tezisin müəllifidir.