Filologiya və Tərcümə Məktəbi

İlahə Hüseynova
Müəllim
Yazılı tərcümə; Xarici dildə işgüzar və akademik kommunikasiya
+994 12 492 74 18
ilahe_huseynova1995@wcu.edu.az
Hüseynova İlahə Elşən qızı 28 may 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə 252 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dillər Universitetinin filologiya və tərcümə fakultəsinə daxil olmuş, 2016-cı ildə təhsilini bitirmişdir.
2016-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq fakultəsində magistr təhsili almış və “Emosemiyalı frazeologizmlərdə şaquli kontekst problemi” mövzusunda magistr dissertasiya işini müdafiə etmişdir.
Elmi-metodik iş:
- Azərbaycan dilində emosemiyalı frazeologizmlər şaquli kontekstin ifadəsi kimi (məqalə) – Azərbaycanda Xarici Dillər Jurnalı. Bakı, 2018.
- İngilis dilində emosemiyalı frazeologizmlərdə qeyri-tarixi şaquli kontekst (məqalə)- Qərbi Kaspi Universiteti Elmi xəbərlər. Bakı, 2020.
- Yazılı mətnin şifahi tərcüməsi (Fənn proqramı) - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 15.02.2024-cü il tarixli, №3-29/02-609/2024 əmri ilə təsdiq edilmişdir.
- Xarici dildə işgüzar və akademik kommunikasiya (Fənn proqramı) - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 15.02.2024-cü il tarixli, №3-29/02-609/2024 əmri ilə təsdiq edilmişdir.
- İlkin tərcümə vərdişləri (Fənn proqramı) - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 15.02.2024-cü il tarixli, №3-29/02-609/2024 əmri ilə təsdiq edilmişdir.
- Yazılı tərcümə (Fənn proqramı) - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 15.02.2024-cü il tarixli, №3-29/02-609/2024 əmri ilə təsdiq edilmişdir.