Qərbi Kaspi Universiteti

Müəllimlər

Biznes və idarəetmə Məktəbi

Kəmalə Dadaşova

i.ü.f.d., b/m

+994 12 565 39 77

kemale.dadashova@wcu.edu.az

i.ü.f.d., b/m. Dadaşova Kəmalə Seyfulla qızı 1974-cü il sentyabr ayının 10-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Texnologiya və dizayn” fakültəsinə qəbul olunmuş, 1997-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirərək “Standartlaşdırma və sertifikasiya ixtisası” üzrə bakalavr dərəcəsi almışdır. Həmin ildə bu institutun “Standartlaşdırma və sertifikasiya “ ixtisası üzrə magistraturasına daxil olmuş,1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdır.

2013-cü ildə 5312.01-Sahə iqtisadiyyatı ixtisasında  iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almaq üçün AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində D01.181 Dissertasiya Şurasında müdafiə etmişdir.

90 elmi əsərin, o cümlədən 2 əlyazmanın, 1 monoqrafiyanın, 1 dərslik, 1dərs vəsaiti,  1 aftoreferatın, 1 metodik göstərişin, 5 tədris proqramının və 78 çap olunmuş elmi məqalə və tezisin müəllifidir.Məqalələrinin əksəriyyəti xarici, o cümlədən SCOPUS və EBSCO verilənlər bazasına daxil olan nəşrlərdə çap olunmuşdur.

Hazırda Qərbi Kaspi Universitetinin “Turizm və sahə iqtisadiyyatı” kafedrasında əvəzçi müəllim kimi fəalliyyətini davam etdirir.