Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Xudayar Həsənov

Professor

+994 12 565 39 74

x.qasanov58@gmail.com

Həsənov Xudayar İsmayıl oğlu 1958-ci ildə anadan olmuşdur. Şuşa rayonu Malıbəyli kənd orta məktəbini  bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə həmin fakültəni bitirərək Azərbaycan Elmlər Akademiyasının (AMEA) Qeyri-üzvi və Fiziki-kimya instituna təyinatla göndərilmişdir. Elə həmin ildə Moskva şəhəri Ümumi və Qeyri-üzvi kimya instituna stajor-tədqiqatçı kimi ezam olunmuşdur. Ümumu əsaslərla həmin institun aspiranturasına daxil olmuş və orada namizədlik dissertasiyasını müdafıə etmişdir. 2000-ci ildə doktorluq dissertasiyasını müdafıə etmişdir. 2006-cı ildə AAK-ın qərarı ilə ona professor elmi adı verilmişdir. 2006-2010-cu illərdə AAK-ın kimya ixtisası üzrə ekspert şurasında sədr müavini  olmuşdur.  Onun rəhbərliyi altında  7 nəfər kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.  O 500-ə yaxın elmi məqalənin,8 monoqrafiyanın 1 dərs vəsaitinin ,3 metodik vəsaitin ,7 patentin (biri avroaziya ) müəllifidir.  Biokoordinasion kimya (Tibbi kimya) üzrə ixtisasçıdır.

Hazırda «Ekologiya və ətraf mühit» kafedrasının professorudur.