Psixologiya Məktəbi

Mahirə Pənahlı
Müəllim
Ümumipsixoloji praktikum-1, Ailə sosial siyasətin əsas obyekti kimi, Şəxsiyyətlərarası konfliktin psixologiyası, Psixoloji testlər və ölçülər
+994 12 565 39 77
mahire.penahli.2024@wcu.edu.az
Pənahlı Mahirə İlqar qızı 23 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 2010–2017-ci illərdə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində almışdır. Bakalavr təhsilini 2017–2021-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Psixologiya ixtisası SABAH qrupları üzrə; magistr təhsilini isə 2021–2023-cü illərdə İstanbul Aydın Universitetinin Ümumi psixologiya ixtisası üzrə almışdır. Ailə Danışmanlığı təlimini 2022-ci ildə Marmara Universitetindən almışdır.
Universitetdə təhsil aldığı dövrlərdə müxtəlif yerli və beynəlxalq təlim və konfranslarda iştirak etmişdir. 2018–2023-cü illərdə Mədinə Tibb Mərkəzi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Bakı Dövlət Universiteti SABAH Mərkəzində, 2023–2024-cü illərdə Mərkəzi Gömrük Hospitalında, 2024-cü ildən bu günə qədər isə Medera Hospitalda psixoloq olaraq, Qərbi Kaspi Universitetində isə ştat müəllimi olaraq fəaliyyət göstərir.