Biznes və idarəetmə Məktəbi

Murad Tağızadə
Müəllim
+994 12 565 39 77
murad.tagiyev.2024@wcu.edu.az
Murad Allahyar oğlu Tağızadə 19 iyun 1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2012-ci ildə Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil dövründə Prezident təqaüdünə layiq görülmüşdür. 2018-ci ildə Bakı Mühəndislik Universitetində İdarəetmədə İnformasiya Sistemləri ixtisası üzrə magistratura təhsilini başa vurmuşdur.
2020–2021-ci illərdə Lənkəran Dövlət Universitetində, 2022–2023-cü illərdə isə Azərbaycan Universitetində müəllim kimi çalışmışdır. 15 sentyabr 2024-cü ildən etibarən Qərbi Kaspi Universitetinin Marketinq və İdarəetmə kafedrasında müəllim vəzifəsində fəaliyyətini davam etdirir. Eyni zamanda özəl sektorda baş mühasib kimi çalışır.