Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Nərminə Abdullayeva

Müəllim

kimya, ümumi və qeyri üzvi kimya, üzvi kimya, neft kimyası, neft, qaz və alternativ enerji mənbələri

+994 12 565 39 74

nermine.abdullayeva@wcu.edu.az

Nərminə Rüfət qızı Abdullayeva 27 aprel 1980-ci ildə Bakı şəhərində anadan
olmuşdur. 1987-1997-ci illər 248 nömrəli məktəbdə orta təhsil almışdır.
2002-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya Texnoligiyaları” fakultəsini bakalavr səviyyəsi üzrə, 2004-cü ildə isə magistratura səviyyəsi üzrə bitirib. Elmi sahədə tədqiqatlarını Azərbaycan Milli Elmlər Akademiyasını Y.H. Məmmədəliyev adınaNeft-Kimya Prosesləri İnstitutunda davam etdirmişdir. “Təbii üzvi turşular əsasında yanacaq komponentlərinin və aşqarların sintezi, onların antistatik xassələrinin tədqiqi” mövzusunda 2010-cu ildə fəlsəfə doktorluq işini  müvəffəqiyyətlə müdafiə edərək, 1-18-03 – “Yanacağın kimyası və texnologiyası” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 2016-cı ildə dosent elmi adına layiq görülmüşdür. 2021-ci ildə “İmidazolin fraqmentli aminlərlə modifikasiya olunmuş fenolformaldehid qatranları əsasında konservasiya mayelərinin işlənilməsi” adlı dissertasiya işini müdafiə edərək 2022-ci ildə 4-00-13-Neft kimyası” ixtisası  üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Dəfələrlə beynəlxalq və respublika səviyyəli elmi konfraslarda məruzələrlə çıxış etmişdir, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc Alimlərin 3-cü qrant müsabiqəsinin qalibi olmuşdur.  Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətini nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.   

Apardığı elmi-tədqiqat nəticələri 46 elmi məqalədə, 57məruzə tezisində və 1 müəlliflik şahadətnaməsində öz əksini tapmışdır.

Ailəlidir, bir övladı var.