Qərbi Kaspi Universiteti

Müəllimlər

Psixologiya Məktəbi

Reyhan Əhmədova

Psixologiya üzrə fəlsəfə doktoru

Psixologiya, Pedaqogika, Pedaqoji psixologiya, Təhsil psixologiyası

+994 12 565 39 77

r.akhmadova@wu.edu.az

1996-cı ildə Bakı Qızlar Universitetinin “Psixologiya” fakultəsinin “Psixologiya” ixtisasına daxil olmuş və 2000-ci ildə həmin fakultəni bitirmişdir. 2002-ci ildə eyni ali məktəbin “Psixologiya fakültəsində magistraturaya qəbul olunmuş və 2024-cü ildə bitirmişdir. 2017-ci ildə “Məktəb psixoloqlarının peşəkar kimi özünüdərkinin xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2001-ci ilin avqust ayından etibarən əmək fəaliyyətinə Yasamal rayonu 199 saylı orta məktəbdə başlamış, 2005-ci ildə Təhsil Problemləri İnstitutunda Elmi işçi vəzifəsi ilə əmək fəaliyyətini davam etdirmişdir. 2011-cü ildən Qərbi Kaspi Universitetində müəllim, 2023-cü ildən etibarən dosent vəzifəsində çalışır. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir, 14 tədris proqramının, 16 elmi məqalə və tezisin müəllifidir.