Qərbi Kaspi Universiteti

Müəllimlər

Psixologiya Məktəbi

Səbinə Bayramova

Müəllim

Ümumi psixologiya-1,2,3,4,5,6, Psixodiaqnostika və psixokonsultasiya, Biznes psixologiyası və sahibkarlıq, Uşaq psixologiyası, Təhsildə psixoloji xidmət

+994 12 565 39 77

sebine.bayramova@wcu.edu.az

2012-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına daxil daxil olmuş və 2016-cı ildə bakalavr pilləsini bitirmişdir. 2018-cü ildə Türkiyə Cümhuriyyəti Selçuk Universitetinin “Psixologiya” kafedrasının “Ailə psixologiyası” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2022-ci ildə “Üniversite Öğrencilerinin Flört Şiddeti ve Ebeveynlik Stilləri Arasındaki İlişkinin İncelenmesi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək uzman – master of science ali elmi-ixtisas dərəcəsini almşdır.

2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində psixoloq kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycanda ilk dəfə "Psixoterapiyada Müasir Ailə Modelləri" mövzusunda təşkil edilmiş dəyirmi masada ekspert qismində fəaliyyət göstərmişdir. 2019-cu ildən Türkiyə Cümhuriyyəti “Evimdeki Psikolog” terapiya platformasında psixoloq kimi fəaliyyətini davam etdirmişdir. 2023-ci ildən Bakı Dövlət Universitetinin “Sosial və Pedaqoji Psixologiya” kafedrasında saathesabı müəllim kimi fəaliyyətə başlamışdır. Elə həmin ildən Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasında müəllim vəzifəsinə qəbul olunmuşdur. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir.