Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Səma Bayramova
Müəllim
İKT – baza kompüter bilikləri, Kompüter modelləşdirməsi , Sxemotexnika , Kompüter şəbəkələri ,İnformatika
+994 12 565 39 74
sema.bayramova@wcu.edu.az
Səma Qədir qızı Bayramova 1999-cü ildə Azərbaycan Respublikasının Şəki şəhəri , Baş Küngüt kəndində anadan olmuşdur. 2005-2016-ci illərdə Şəki şəhəri , Baş Küngüt kəndində Nazim Hacıyev adına tam orta məktəbdə təhsil almışdır, məktəbi fərqlənmə ilə bitirmişdir. 2016-cı ildə Azərbaycan Texniki Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına (bakalavr) daxil olmuşdur, 2017-ci ildə həmin universitetin SABAH qruplarına daxil olmuş və 2020- ci ildə bitirmişdir. 2020-ci ildə Azərbaycan Texniki Universitetinin “Kompüter mühəndisliyi” ixtisasının “Kompüter sistemləri və şəbəkələri” ixtisaslaşmasına daxil olmuşdur və 2022-ci ildə fərqlənmə ilə bitirmişdir. 2022-cı ildə Qərbi Kaspi Universitetinin kollecində İT müəllimi kimi çalışmışdır, 2023 ci ildən indiyə kimi Qərbi Kaspi Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müəllimidir.
3 elmi məqalə müəllifidır.