Siyasi və İctimai elmlər Məktəbi

Səbirə Nemətzadə
f.ü.f.d., dosent
Avropa fəlsəfəsi, Türk xalqlarının fəlsəfi fikir tarixi, Qədim Şərq fəlsəfəsi, İslam fəlsəfəsi, Alman klassik fəlsəfəsi
+994 12 492 74 18
sebire.nemetzade2.2024@wcu.edu.az
Səbirə Nemətzadə 14 avqust 1969-cu il tarixində Bakı şəhərində anadan olmuşdur.
1988-1993-cü illərdə Filologiya ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr, 1998-2001- ci illərdə isə Fəlsəfə tarixi ixtisası üzrə Bakı Dövlət Universitetində aspirantura təhsili alıbdır. 2010- cu ildə “Seyid İmadəddin Nəsiminin dünyagörüşü fəlsəfə tarixinin tədqiqat obyekti kimi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildən elmlər doktoru proqramı üzrə “XX əsrin əvvəllərində türk xalqlarının fəlsəfi fikrində milli ideologiya məsələləri” mövzusunda dissertasiya üzərində işləyir.
Elmi fəaliyyəti dövründə 50-dən artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifi olub. İndiyədək 20-dən çox beynəlxalq elmi konfransda iştirak etmiş, 15 elmi məqalə xarici jurnallarda nəşr olunmuşdur.
2024-cü ildən Qərbi Kaspi Universiteti “Fəlsəfə” kafedrasında dosent vəzifəsində çalışır.
Tədris istiqaməti: Avropa fəlsəfəsi, Türk xalqlarının fəlsəfi fikir tarixi, Qədim Şərq fəlsəfəsi, İslam fəlsəfəsi, Alman klassik fəlsəfəsi, Müasir fəlsəfə, Etika və estetika, Multikultralizmə giriş.