Siyasi və İctimai elmlər Məktəbi

Sevinc Nəsibova
Doktorant
Tarix
+994 12 565 39 77
nsevincn@wcu.edu.az
Nəsibova Sevinc Rafael qızı 26.06.1980 -ci ildə Bakı şəhərində anadan olub .1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsini, 2000-2002-ci illərdə Bakı Dövlət Universitetinin Amerika və Avropa ölkələrinin Yeni və müasir tarixi kafedrasında magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə Bakı şəhərində 116 saylı məktəbdə tarix müəllimi vəzifəsində çalışmışdır. 2006-2014-cü illərdə Bakı Uşaq Bərpa mərkəzində Tərbiyəçi müəllimə və Komputer operatoru vəzifəsində çalışmışdır. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnsitutunun Müəllimlərin peşəkar hazırlığı Təlim kursunu (Kurikulum, Fəal Təlim, Məntiq) müvəffəqiyyətlə bitirmişdir. 2017-2024-cü illərdə Qərbi Kaspi Universitetinin Kollecində Tarix müəllimi vəzifəsində çalışmışdır.
2019-cu ildən Qərbi Kaspi Universitetinin “Politalogiya və Beynəlxalq Münasibətlər” kafedrasının Doktorantıdır. 2024-cü ildən Qərbi Kaspi Universitetinin “Tarix” kafedrasının müəllimi vəzifəsində çalışır. Bir neçə elmi məqalələrin müəllifidir.