Dizayn Məktəbi

Ulya Abdullayeva
Müəllim, s.ü.f.d
Azerbaycan medeniyyet tarixi,dizayn tarixi,dekorativ uzluk materiallar,tesviri incesenet,muasir dizaynin problemleri
ulya.abdullayeva@wcu.edu.az
Abdullayeva Ulya Rövşən qızı 20 fevral 1990-cı ildə Gürcüstanda anadan olmuşdur.
2005-2009-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisasını bakalavr səviyyəsi üzrə, 2011-2014-cü illərdə isə həmin ixtisasın magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2024-cü ildə sənətşünaslıq üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət” fakültəsinin “Heykəltəraşlıq” kafedrasında laborant vəzifəsində işə başlamışdır. 2012-2019-cu illər ərzində həmin kafedrada baş laborant vəzifəsində çalışmışdır. 2017-ci ildən başlayaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin “İncəsənət tarixi” kafedrasında əvvəlcə saathesabı, 2019-2023 – cü illər ərzində isə 0,5 ştat müəllim vəzifəsində çalışıb. 2021-2022-ci tədris ili ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin Fakültə Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır. 2023-2024 – cü tədris ili ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasında tam ştat müəllim vəzifəsində çalışıb. 2023-2024-cü tədris ilinin payız semestri üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin Yekun Dövlət Attestasiyası Buraxılış işinin müdafiəsinin elmi katibi vəzifəsində çalışmışdır. 17 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Milli Kitabxanada “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” adlı beynəlxalq elmi-praktik konfransının “Təsviri sənət” bölməsi üzrə moderator kimi çıxış etmişdir.
2013-cü ildən başlayaraq müxtəlif elmi-mətbuat orqanlarında bir çox məqalələr və tezislərlə çıxış etmişdir, yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.
2013-cü ildən başlayaraq müxtəlif yerli sərgilərin iştirakçısıdır. 2015-ci ildə “Tolerant Azərbaycan gənci” layihəsinin iştirakçısı olaraq “Ruh birliyi” adlı rəngkarlıq əsəri YUNESKO-nun muzey ekspozisiyasına daxil edilməsi məqsədilə 26 oktyabr 2015-ci il tarixində Paris şəhərində YUNESKO-nun Baş Qərargahında keçirilən 9-cu YUNESKO Gənclər Forumunda təşkilatın baş direktoru xanım İrina Bokovaya təqdim edilmişdir. 2016-cı ildə keçirilən “Almaniya bir rəssamın gözü ilə” adlı sərgi-müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. 2016-ci ildə keçirilən FVTVRİSMO ORA sərgisində iştirak etmişdir. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər Bölməsinin üzvüdür.
Hal-hazırda Qərbi Kaspi Universitetinin “Dizayn məktəbi” fakültəsində tam ştat müəllim vəzifəsində çalışır.