Western Caspian University

Teachers

School of Political and Social Sciences

Rashid Jabbarov

PhD in Psychology

+994 12 565 39 77

1997-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə magistratura pilləsini fərqləmə diplomu ilə bitirmişdir. 2004-cü ildə “Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən BDU-nun “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2008-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışır.

Təhsil və şəxsiyyət, şəxsiyyətin özünüdərketməsi və özünügercəkləşdirməsi mövzusunda elmi-tədqiqat işi üzərində çalışır. Müxtəlif beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir. 3 kitabın və 53 elmi məqalənin müəllifidir. 2006-cı ildən hal-hazıra kimi psixologiya elmləri üzrə Dissertasiya Şurasının elmi katibidir.1993-1997-ci illərdə BDU-nun sosial elmlər və psixologiya fakültəinin bakalavr, 1997-1999-cu illərdə həmin fakültənin psixologiya üzrə magistraturasını birimişdir.  2004, psixol.e.n «Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili». 2000, Elmi işçi, 
2008, Böyük elmi işçi. 2000-2008, elmi işçi, Eksperimental psixologiya laborotosiyası «ETL». 2008 – böyük elmi işçi.Apardığı dərslər: Ümumi psixologiya, Yaradıcılıq psixologiyası, Pedaqoji psixologiya. Qərbi Kaspi Universitetində Magistratura diplom müdafiəsi üzrə komissiya sədridir. Həmçinin magistratura üzrə diplom işlərinə rəhbərlik edir.

Tədqiqat sahəsi:

  • Təhsil və şəxsiyyət, şəxsiyyətin özünündərketməsi və özününgercəkləşdirməsi.

Seçilmiş əsərləri

  • 2000, Özünüdərketmə probleminin genezisi və psixoloji mahiyyəti haqqında müxtəlif yanaşmaların təhlili. 
  • 2001, Müxtəlif psixoloji məktəblərdə kreativlik anlayışının konseptual əsaslarının tədqiqi. 
  • 2004, Yeniyetmələrdə ölüm haqqında təsəvvürlərin onların özündərketməsinə təsiri 
  • 2005, Təhsilin şəxsiyyətin özünügercəkləşdirməsində rolu 
  • 2005, Kiçik yaşlı məktəblilərdə iradi keyfiyyətlərin inkşaf etdirilməsi yolları 
  • 2006, Təhsildə şəxsiyyətin psixoloji sağlamlığı problemi. 
  • 2007, Təhsildə imtahan stressi və onun korreksiyası yolları. 
  • 2008, Özünügerçəkləşdirə bilən şəxsiyyətin psixoloji keyfiyyətləri
  • 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin meyarları və modelləri // Psixologiya jurnalı, № 1, səh.3-16
  • 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin səviyyələrinə dair // Psixologiya jurnalı, № 2, səh.110-120
  • 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin fəlsəfi tədqiqi istiqamətləri // Bakı Dövlət Universitetinin Elmi Xəbərləri, Humanitar elmlər seriyası, № 2, s.145-155
  • 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsi və həyat planları // Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri, №4, s.123-130

Kitablar:

  • 2008, Təhsildə şəxsiyyət problemi

Beynəlxalq seminar, simpozium və konfranslarda iştiraki

  • 2006, Bakı, Azərbaycan; “Millətlərarası ünsiyyət dili kimi rus dilinin əhəmiyyəti və onun müasir şəraitdə Azərbaycanın ictimai-siyasi, mədəni və iqtisadi inkişafına təsir imkanlarına dair” Beynəlxalq elmi-praktiki konfrans